Eli Qutmana “Ağlama divarı”na getmək tövsiyə olundu
02.09.2013 - 10:33
Sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcək İsrail yığması daha 2 itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutmuş çempionat oyunlarından sonra yığmanın 2 futbolçusunun zədələndiyi üzə çıxıb.
Komandasının əsas heyətinin açar oyunçusu sayılan Maor Melikson Fransa çempionatında “Valansyen”in “Loryan”la səfər matçının 83-cü dəqiqəsində ağrıdan əziyyət çəkərək meydançanı tərk edib. 28 yaşlı hücumameylli yarımmüdafiəçinin də yığmamızla oyunda meydana çıxacağı sual altındadır. Üstəlik, Belçikanın “Mons” klubunun sağ cinah müdafiəçisi Yuval Şpunqinin köhnə zədəsini sağalda bilməyəcəyi aşkara çıxıb.
Bundan öncə Tomer Hemed, Eden Ben-Basat, Beram Kayal, Avi Rikan, Rami Qerşonun sıradan çıxdığı məlum olmuşdu.
Maraqlıdır ki, zədələnən futbolçuların hamısı legioner həyatı yaşayanlardır. Komanda aparıcı üzvlərini itirdiyinə görə, artıq yerli jurnalistlər və idman şərhçiləri tərəfindən İsrail yığmasının baş məşqçisi Eli Qutmana Qüdsdəki “Ağlama divarı”na getmək tövsiyə olunur.

0
0