İsrail millisi yığmamızla oyuna 2 hücumçu ilə hazırlaşır
02.09.2013 - 11:40
İsrail millisi yığmamızla oyuna 2 hücumçu ilə hazırlaşır
21 yaşadək futbolçulardan ibarət İsrail millisinin heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avro-2015-in seçmə mərhələsində Azərbaycan yığması ilə sentyabrın 8-də baş tutacaq oyuna 23 futbolçu çağırılıb.
Dünəndən hazırlıqlara başlayan rəqibin heyətinə cəmi 2 hücumçu dəvət olunub. Gənclər yığmasının bəzi üzvləri isə əsas komandaya çağırılıb.

Qapıçılar: Barak Levi (“Makkabi”, Təl-Əviv), Ram Ştraus (“Hapoel”, Ramat-Qan), Roy Mişpati (“Aşdod”)

Müdafiəçilər: Amir Ben-Simon (“Aşdod”), Eddi Qotlib (“Hapoel”, Akko), Eli Dasa (“Beytar”), Ben Vehava (“Bney Yehuda”), Yarina Hassan (“Makkabi”, Netanya), Ubayda əl-Xəttab (“Amidar”, Ramat-Qan) Tal Kahilla (“Beytar”), İyad Abu Abid (“Tobruk”)

Yarımmüdafiəçilər: Ofir Mizrahi (“Hapoel”, Kiryat-Şmona), Dor Miha (“Makkabi”, Təl-Əviv), Dia Seba (“Makkabi”, Petah-Tikva), Amir Agayov (“Bney Yehuda”), Ahad Azam (“Hapoel”, Hayfa), Amar Çaliçer (“Makkabi”, Netanya), Qadi Kinde (“Aşdod”) Kent Seyfa (“Hapoel”, Ramat-Ha-Şaron), Fan Zrihan (“Aşdod”), Omar Naçmani (“Beytar”)

Hücumçular: Monas Davor (“Makkabi”, Təl-Əviv), Jil İshaq (“Bney Yehuda”).