Qustavo Bokkoli millimizə qarşı oynamayacaq
03.09.2013 - 08:05
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan İsrail yığmasının braziliyalı Qustavo Bokkolini milliləşdirmək arzusu gözündə qalıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də millimizlə, 10-da Rusiya ilə görüşəcək israillilərə kömək etməli olan cənubi amerikalının yığmaya cəlb olunması mümkün olmayıb.
Buna səbəb İsrail Xarici İşlər Nazirliyinin Bokkoli ilə bağlı qərarıdır. Nazirlik braziliyalıya beynəlxalq pasport verməkdən imtina edib. Buna görə də baş məşqçi Eli Qutman 12 ildir İsraildə yaşayan 35 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.
Qeyd edək ki, Bokkoli Hayfa “Makkabi”sinin heyətində Avropa Liqasında 2 dəfə “Xəzər Lənkəran”a qarşı oynayıb.

0
0