Əfran İsmayılov da millidən uzaqlaşdırıldı
03.09.2013 - 10:11
Əfran İsmayılov da millidən uzaqlaşdırıldı
Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, daha bir futbolçu DÇ-2014-ün seçmə mərhələsinin İsraillə oyununun hazırlıqlarını keçirən yığmanın düşərgəsini tərk edib.

Belə ki, təlim-məşq toplanışına zədəli vəziyyətdə qatılan Əfran İsmayılov heyətdən çıxarılıb. Topaz Premyer Liqasının V turunun “Neftçi” ilə oyununda xəsarət alan yarımmüdafiəçi ağrılardan əziyyət çəkdiyindən toplanışı tərk edib. Onun yerinə başqa futbolçunun çağırılıb-çağırılmayacağı dəqiqləşməyib.

Qeyd edək ki, Əfrana qədər zədəli Səlahət Ağayev də heyətdən çıxarılmış və Aqil Məmmədovla əvəzlənmişdi.