“Azərbaycana qalib gələ bilsək...”
05.09.2013 - 08:10
“Azərbaycana qalib gələ bilsək...”
“Biz çoxdandır Ramat-Qan stadionuna toplaşan azarkeşlərin arenanı sevinc və qürurla tərk etməsinə nail olmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının baş məşqçisi Eli Qutman deyib.

Təcrübəli mütəxəssis DÇ-2014-ün sentyabrın 7-də Azərbaycan yığması ilə keçiriləcək qarşılaşması ərəfəsində fikirlərini açıqlayıb: “Mən də, futbolçularım da uğurumuza inanırıq. Əgər Azərbaycana qalib gələ bilsək, Rusiya ilə səfər matçına başqa əhval-ruhiyyədə yollanacağıq. Şübhəsiz ki, seçmə mərhələdə ən çətin an Rusiyaya böyük hesabla uduzmağımız oldu. Özü də təkcə 0:4 hesablı məğlubiyyətə görə deyil, həm də oyun adında nəsə göstərməməyimiz üçün. Həmin qarşılaşmada biz komanda təsiri bağışlamadıq. İnanıram ki, həmin görüşdən qarşıdakı matçlar üçün nəticə çıxarmışıq”.
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu Ramat-Qanda keçiriləcək.