Terim qayıdır, Foqts gözləyir
05.09.2013 - 12:34
Sabah DÇ-2014-ün seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Avropa zonasının 9 qrupunda 25 qarşılaşma baş tutacaq. Daha 1 görüş sentyabrın 7-nə təyin olunub. Bu, Azərbaycan millisinin İsraillə səfər sınağıdır.
Həmin görüş yəhudilərin yeni il bayramı ilə əlaqədar 1 gün gec baş tutacaq. Bu səbəbdən də sabah 5 komandanın çıxış etdiyi İ qrupundakı kimi, bizim qrupda da 2 matç oynanılacaq. Digər 7 qrupun hərəsində isə 3 görüş olacaq.
A qrupunun ən maraqlı oyunu prinsipial rəqiblər Serbiya ilə Xorvatiya arasında baş tutacaq. Meydan sahibləri pley-offa nəzəri şanslarını qorumaq üçün qələbə qazanmalıdılar. Əks halda, ilk 2 yerin taleyini Belçika ilə Xorvatiya öz aralarında həll edəcək.
B qrupunun liderləri Bolqarıstanla İtaliya üz-üzə gələcək. Bu görüşün nəticəsi Çexiya yığmasının da durumuna təsir edəcək. Elə C qrupunda da ilk 2 pillədə qərarlaşanlar görüşəcək. Lakin Almaniyanın Avstriya ilə ev matçında çətinlik çəkəcəyi inandırıcı deyil. Burada əsas mübarizənin 2-ci yer uğrunda gedəcəyi görünür.
D qrupunda isə Hollandiyanın ardıcıl 7-ci qələbəsini qazanacağı gözlənilir. Bu 3 xal “narıncılar” mundiala bir az da yaxınlaşdıracaq. Çünki 2-ci yer uğrunda mübarizə aparan və liderə çatmaq şansları nəzəri olan Macarıstanla Rumıniya üz-üzə gələcək. Bu matç Azərbaycanda kifayət qədər sevilən Türkiyə yığması üçün də önəm kəsb edir. Çünki Fatih Terimin yığmaya qayıdışından sonra ilk matçına çıxacaq “ay-ulduzlular” pley-off ümidləri bu 2 komandanın da çıxışından asılıdır. Türkiyəlilərin özü isə zəif Andorra ilə qarşılaşacaq.
Millimizin qrupunda isə liderliyini davam etdirmək iddiasında olan Portuqaliya şimali İrlandiya ilə görüşəcək. Rusiyanın işi isə nisbətən asandır. Şimallılar Lüksemburqu qəbul edəcək. Berti Foqtsun yetirmələri isə yalnız birisigün meydana çıxacaq. Onlar Rusiya və Portuqaliya ilə mübarizə aparan İsrailin qonağı olacaq. 4-cü yer uğrunda mübarizə aparan millimiz mövqeyini yaxşılaşdırmaq üçün uğurlu nəticə qazanmalıdır.
A qrupu
6 sentyabr
22:00. Makedoniya – Uels
23:45. Serbiya - Xorvatiya
00:00. Şotlandiya – Belçika
B qrupu
6 sentyabr
21:00. Çexiya – Ermənistan
23:00. Malta – Danimarka
23:45. İtaliya – Bolqarıstan
C qrupu
6 sentyabr
20:00. Qazaxıstan – Farer adaları
23:45. İrlandiya – İsveç
23:45. Almaniya - Avstriya
D qrupu
6 sentyabr
23:00. Rumıniya - Macarıstan
23:00. Türkiyə - Andorra
23:30. Estoniya - Hollandiya
E qrupu
6 sentyabr
22:00. Norveç – Kipr
23:30. Sloveniya – Albaniya
23:30. İsveçrə - İslandiya
F qrupu
6 sentyabr
19:30. Rusiya – Lüksemburq
23:45. Şimali İrlandiya – Portuqaliya
7 sentyabr
22:45. İsrail – Azərbaycan
G qrupu
6 sentyabr
23:15. Latviya – Litva
23:15. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn - Yunanıstan
H qrupu
6 sentyabr
23:00. Ukrayna – San Marino
23:45. Polşa – Monteneqro
00:00. İngiltərə - Moldova
İ qrupu
6 sentyabr
23:15. Gürcüstan – Fransa
23:30. Finlandiya - İspaniya

1 | Belçika | 7 | 6 | 1 | 0 | 13-2 | 19 |
2 | Xorvatiya | 7 | 5 | 1 | 1 | 10-4 | 16 |
3 | Serbiya | 7 | 2 | 1 | 4 | 9-9 | 7 |
4 | Uels | 6 | 2 | 0 | 4 | 6-14 | 6 |
5 | Şotlandiya | 7 | 1 | 2 | 4 | 4-9 | 5 |
6 | Makedoniya | 6 | 1 | 1 | 4 | 3-7 | 4 |
B qrupu
6 sentyabr
21:00. Çexiya – Ermənistan
23:00. Malta – Danimarka
23:45. İtaliya – Bolqarıstan
1 | İtaliya | 6 | 4 | 2 | 0 | 12-4 | 14 |
2 | Bolqarıstan | 6 | 2 | 4 | 0 | 11-4 | 10 |
3 | Çexiya | 6 | 2 | 3 | 1 | 6-4 | 9 |
4 | Ermənistan | 6 | 2 | 0 | 4 | 6-8 | 6 |
5 | Danimarka | 6 | 1 | 3 | 2 | 6-9 | 6 |
6 | Malta | 6 | 1 | 0 | 5 | 2-14 | 3 |
C qrupu
6 sentyabr
20:00. Qazaxıstan – Farer adaları
23:45. İrlandiya – İsveç
23:45. Almaniya - Avstriya
1 | Almaniya | 6 | 5 | 1 | 0 | 22-7 | 16 |
2 | Avstriya | 6 | 3 | 2 | 1 | 15-5 | 11 |
3 | İsveç | 6 | 3 | 2 | 1 | 11-7 | 11 |
4 | İrlandiya | 6 | 3 | 2 | 1 | 12-10 | 11 |
5 | Qazaxıstan | 6 | 0 | 1 | 5 | 2-15 | 1 |
6 | Farer adaları | 5 | 0 | 0 | 5 | 2-18 | 0 |
D qrupu
6 sentyabr
23:00. Rumıniya - Macarıstan
23:00. Türkiyə - Andorra
23:30. Estoniya - Hollandiya
1 | Hollandiya | 6 | 6 | 0 | 0 | 20-2 | 18 |
2 | Macarıstan | 6 | 3 | 2 | 1 | 13-8 | 11 |
3 | Rumıniya | 6 | 3 | 1 | 2 | 10-10 | 10 |
4 | Türkiyə | 6 | 2 | 1 | 3 | 7-7 | 7 |
5 | Estoniya | 6 | 2 | 0 | 4 | 3-9 | 6 |
6 | Andorra | 6 | 0 | 0 | 6 | 0-17 | 0 |
E qrupu
6 sentyabr
22:00. Norveç – Kipr
23:30. Sloveniya – Albaniya
23:30. İsveçrə - İslandiya
1 | İsveçrə | 6 | 4 | 2 | 0 | 8-1 | 14 |
2 | Albaniya | 6 | 3 | 1 | 2 | 7-6 | 10 |
3 | İslandiya | 6 | 3 | 0 | 3 | 8-9 | 9 |
4 | Norveç | 6 | 2 | 2 | 2 | 7-7 | 8 |
5 | Sloveniya | 6 | 2 | 0 | 4 | 8-10 | 6 |
6 | Kipr | 6 | 1 | 1 | 4 | 4-9 | 4 |
F qrupu
6 sentyabr
19:30. Rusiya – Lüksemburq
23:45. Şimali İrlandiya – Portuqaliya
7 sentyabr
22:45. İsrail – Azərbaycan
1 | Portuqaliya | 7 | 4 | 2 | 1 | 12-6 | 14 |
2 | Rusiya | 6 | 4 | 0 | 2 | 8-2 | 12 |
3 | İsrail | 6 | 3 | 2 | 1 | 15-8 | 11 |
4 | Şimali İrlandiya | 6 | 1 | 3 | 2 | 4-7 | 6 |
5 | Azərbaycan | 7 | 0 | 4 | 3 | 3-9 | 4 |
6 | Lüksemburq | 6 | 0 | 3 | 3 | 3-13 | 3 |
G qrupu
6 sentyabr
23:15. Latviya – Litva
23:15. Bosniya və Herseqovina – Slovakiya
23:45. Lixtenşteyn - Yunanıstan
1 | Bosniya-Herseqovina | 6 | 5 | 1 | 0 | 23-3 | 16 |
2 | Yunanıstan | 6 | 4 | 1 | 1 | 7-4 | 13 |
3 | Slovakiya | 6 | 2 | 3 | 1 | 7-5 | 9 |
4 | Litva | 6 | 1 | 2 | 3 | 4-8 | 5 |
5 | Latviya | 6 | 1 | 1 | 4 | 6-14 | 4 |
6 | Lixtenşteyn | 6 | 0 | 2 | 4 | 3-16 | 2 |
H qrupu
6 sentyabr
23:00. Ukrayna – San Marino
23:45. Polşa – Monteneqro
00:00. İngiltərə - Moldova
1 | Monteneqro | 7 | 4 | 2 | 1 | 14-7 | 14 |
2 | İngiltərə | 6 | 3 | 3 | 0 | 21-3 | 12 |
3 | Ukrayna | 6 | 3 | 2 | 1 | 10-4 | 11 |
4 | Polşa | 6 | 2 | 3 | 1 | 12-7 | 9 |
5 | Moldova | 7 | 1 | 2 | 4 | 4-11 | 5 |
6 | San Marino | 6 | 0 | 0 | 6 | 0-29 | 0 |
İ qrupu
6 sentyabr
23:15. Gürcüstan – Fransa
23:30. Finlandiya - İspaniya
1 | İspaniya | 5 | 3 | 2 | 0 | 8-2 | 11 |
2 | Fransa | 5 | 3 | 1 | 1 | 8-4 | 10 |
3 | Finlandiya | 5 | 1 | 3 | 1 | 4-4 | 6 |
4 | Gürcüstan | 5 | 1 | 1 | 3 | 3-7 | 4 |
5 | Belarus | 6 | 1 | 1 | 4 | 4-10 | 4 |
0
0