Bombardir millimizə qarşı oynamayacaq
06.09.2013 - 07:55
Bombardir millimizə qarşı oynamayacaq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan israil yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, sabah Ramat-Qan şəhərində yığmamızı qəbul edəcək rəqibimiz Eliran Atarın xidmətindən məhrum olub.

Fransanın “Reyms” klubunun hücumçusu tibbi müayinədən sonra millinin düşərgəsini tərk edib. Ötən mövsüm İsrail çempionatının ən məhsuldar futbolçusu olan bombardir məşqdə aldığı zədə üzündən bu aqibətlə üzləşib.

Qeyd edək ki, Atara qədər bir neçə aparıcı oyunçusunu itirən baş məşqçi Eli Qutman hücumçunun yerinə Elyaniv Barda ilə İtay Şexterdən birini çağırmaq niyyətindədir.