“Neftçi”nin futbolçusu 65 dəqiqə oynadı
07.09.2013 - 08:42
“Neftçi”nin futbolçusu Bahodir Nasimov Özbəkistan yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, hücumçu millisinin İordaniya ilə səfər oyununun iştirakçısı olub.
DÇ-2014-ün seçmə mərhələsinin görüşündə Nasimov start heyətində meydana çıxıb. Hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 65-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu sentyabrın 10-da baş tutacaq. Cütün qalibi KONMEBOL zonasının təmsilçisi ilə DÇ-2014-ün final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.

0
0