“Qarabağ”ın legioneri qol vurdu, mundial arzusu ilə vidalaşdı
07.09.2013 - 22:00
Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Afrika zonasında oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarda Topaz Premyer Liqasında çıxış edən bəzi futbolçular da iştirak edir. Onlardan biri – “Qarabağ”ın legioneri Ulrix Kapolonqo meydana çıxdığı görüşdə fərqlənməyi də bacarıb.
Belə ki, hücumçu 2-ci seçmə mərhələsinin E qrupunda baş tutan Niger – Konqo oyununda son qolu vurub. Start heyətində meydana çıxıb 90 dəqiqə oynayan futbolçu Konqo yığmasını məğlubiyyətdən xilas edib. Ulrix matçın 76-cı dəqiqəsində, hesab meydan sahiblərinin xeyrinə 2:1 olarkən fərqlənib.
Lakin 2:2 hesablı heç-heçə də Kapolonqonun komandasının işinə yaramayıb.
Autsayderlə matçdakı xal itkisi onlara 1-ci olmaqla növbəti mərhələyə yüksəlmək imkanından məhrum edib. 6 oyundan sonra hesabında 11 xal olan Konqo millisi 3-cü mərhələyə yeganə vəsiqə verən zirvəni bu xal itkisi ilə əldən verib.
Belə ki, Burkina-Faso Qabona 1:0 hesabı ilə qalib gəlməklə Konqonu arxada qoyub. Bu isə Konqo millisi üçün seçmə mərhələnin bitməsi ilə nəticələnib.

0
0