İsrail Azərbaycan yığması ilə oyuna görə cəzalandırılacaq
08.09.2013 - 11:55
İsrail Azərbaycan yığması ilə oyuna görə cəzalandırılacaq
DÇ-2014-ün seçmə mərhələsində keçirilən İstrail – Azərbaycan oyunu zamanı baş verənlərlə bağlı AFFA rəhbərliyi UEFA-nı məlumatlandırıb. Bu barədə məlumatı apasport.az saytına assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.

O bildirib ki, Ramat-Qan şəhərindəki eyniadlı stadionda keçirilən oyun zamanı qondarma “Dağlıq Qarabağ Respublika”sının bayrağı qaldırılmasına dərhal reaksiya verilib: “Bu barədə dərhal UEFA nümayəndə heyətini məlumatlandırdıq”.

Nərimanoğlu onu da qeyd edib ki, oyunun komissarı bu xoşagəlməz hadisəni öz raportunda quruma təqdim edəcək. Onlar da öz növbəsində İsrail Futbol Assosiasiyasına müvafiq cəza tətbiq edəcək.

Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu zamanı da azarkeşlər Polşada eyni addımı atmış və bu səbəbdən UEFA tərəfindən cəzalandırılmışdı.