“Berti Foqts Azərbaycan yığmasında fantastik iş görüb”
09.09.2013 - 08:30
“Berti Foqts Azərbaycan yığmasında fantastik iş görüb”
“Bu seçmə mərhələdə Şimali İrlandiya millisinin oyunu daha çox xoşuma gəldi, nəinki Azərbaycan yığması”. Apasport.az saytının məlumatına görə, bu sözləri Valeri Nepomnyaşi deyib.
Tanınmış rusiyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin f qrupunun komandalarını dəyərləndirib. Nepomnyaşi Azərbaycan milli komandasından danışarkən almaniyalı baş məşqçi Berti Foqtsun işini vurğulayıb: “Bəlkə də ona görə belə düşünürəm ki, Rusiya və Azərbaycan hardasa oxşar futbol oynayırlar. Amma britaniyalılar tam fərqli oyuna üstünlük verir. Lakin Berti Foqtsun Azərbaycan yığmasında fantastik iş gördüyünü qeyd etməyə bilmərəm. Onun nail olduğu qəhrəmanlıqla eynidir. Mən Azərbaycan futbolundakı durumdan xəbərdaram. Bilirəm ki, orada çalışmaq da asan deyil”.
Qeyd edək ki, 8 oyunda 5 xal toplayan millimiz seçmə mərhələnin 3 səfər oyununda uduzmamaqla tarixinin rekordunu gerçəkləşdirib.