Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti bəlli oldu
10.09.2013 - 20:50
Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin yeni prezidenti oldu.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, qurumun 125-ci sessiyasında keçirilən gizli səsvermənin nəticələri açıqlandıqdan sonra bu bəlli olub.
Qurumun prezidentliyi uğrunda Tomas Baxla (Almaniya) yanaşı, Sergey Bubka (Ukrayna), Çinq-Kuo Vu (Tayvan), Riçard Karrion (Puerto-Riko), In Ser Mian (Sinqapur) və Denis Osvald (İsveçrə) iddia edib.
Seçildikdən sonra o, göstərilən etimada görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe 12 il bu postda idi.

0
0