Nasimovun arzusu gözündə qaldı
11.09.2013 - 07:56
Nasimovun arzusu gözündə qaldı
Bakının “Neftçi” klubunun futbolçusu Bahodir Nasimovun DÇ-2014-ün Braziliyada keçiriləcək final mərhələsində oynamaq arzusu gözündə qalıb. Apasport.az saytının məlumatına görə, hücumçunun şərəfini qoruduğu Özbəkistan milli komandası mundiala yüksəlmək imkanını əldən verib.

Asiya qitəsinin pley-off mərhələsinin cavab oyununda İordaniya ilə 1:1 hesablı heç-heçə edən Nasimovun komandası penaltilər seriyasında məğlub olub – 8:9. Bununla da Özbəkistan DÇ-2014-ə vəsiqə uğrunda mübarizəni dayandırıb. Start heyətində meydana çıxan Bahodir 88-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Nasimov 1:1 hesabı ilə başa çatan ilk oyunda da start heyətində meydana çıxaraq 65 dəqiqə oynamışdı.