Daha 3 boksçumuz növbəti mərhələdə
11.09.2013 - 09:01
Ukraynanın paytaxtı Kiyevdə keçirilən yeniyetmələr arasında boks üzrə dünya birinciliyində Azərbaycan milli komandasının daha 4 üzvü rinqə çıxıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, onlardan üçü öz döyüşlərini qələbə ilə başa vurublar.
60 kq çəki dərəcəsində mübarizə aparan Şamil İbrahimzadə danimarkalı Obaida İraqui üzərində qələbə qazanıb – 3:0 (29:27, 29:28, 29:28). Boksçumuz 1/8 finalda Moldova təmsilçisi Vladislav Tuqui ilə qarşılaşacaq.
Qüdrət Quliyev də (52 kq) dünya birinciliyində 1/8 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü Puerto-Riko idmançısı Edvin Qonzalesi mübarizədən kənarlaşdırıb. 3 hakimdən ikisi həmyerlimizin qələbəsini qeydə alıb – 29:28, 28:29, 30:27. Quliyevin növbəti mərhələdəki rəqibi rumıniyalı Marian Ruta olacaq.
İsmayıl Hüseynov da (63 kq) dünya birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Gürcüstan nümayəndəsi Taras Kandelakini məğlub edib – 30:25, 30:27, 30:27. Azərbaycan boksçusunun 1/8 finaldakı rəqibi belaruslu Mixail Basiakov olub.
Rüfət Hüseynov isə (46 kq) dünya birinciliyindəki ikinci döyüşdə məğlubiyyətlə üzləşib. Millimizin üzvü Ukrayna təmsilçisi Daniel Lapinə uduzub.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0