4 boksçumuz dünya birinciliyinin medalını təmin etdi
13.09.2013 - 13:53
Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində yarımfinalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özünə təmin ediblər.
63 kq çəki dərəcəsində mübarizə aparan İsmayıl Hüseynov finlandiyalı Məhəmməd Abdilrassonu məğlub edərək yarımfinala vəsiqə qazanıb – 2:1 (30:26, 30:24, 27:29). Həmyerlimiz finala gedən yolda koreyalı Janq Byeonqhee ilə üz-üzə gələcək.
Hüseyn Tarverdili də (70 kq) 1/4 final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz slovakiyalı Andrey Riqonu yarışdan kənarlaşdırıb – 3:0 (30:27, 30:27, 30:27). Millimizin üzvü yarımfinalda Ukraynanı təmsil edən Ramil Hacıyevlə qarşılaşacaq.
Şükran Mehdiyev də (80 kq) dünya birinciliyinin medallarını özünə təmin edib. Azərbaycan idmançısı 1/4 finalda ABŞ nümayəndəsi Suray Mahmutoviç üzərində qələbə qazanıb – 2:1 (29:28, 29:28, 27:30). Mehdiyevin yarımfinaldakı rəqibi ukraynalı Robert Marton olacaq.
66 kq çəki dərəcəsində yarışan Rövşən Musayev də yarımfinalçılar sırasındadır. O, 1/4 finalda avstraliyalı Mark Qlevi çətinlik çəkmədən üstələyib – 3:0 (29:28, 30:27, 29:28). Boksçumuz növbəti mərhələdə Tacikistan idmançısı Şahboz Neqmatulloyevlə döyüşəcək.
Qeyd edək ki, yığmamızın 3 üzvü – Ümid Rüstəmov (50 kq), Qüdrət Quliyev (52 kq) və Elşən Qafarlı (48 kq) 1/4 finalda uduzaraq, medal qazanmaq şanslarını itiriblər.

0
0