Yığmamız son anda planını dəyişdi
13.09.2013 - 17:01
Yığmamız son anda planını dəyişdi
Xorvatiyanın Riyeka şəhərində baş tutacaq Qran-pri turnirinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, sabah start götürəcək yarışda 3 cüdoçu ilə yollanmağı planlaşdıran Azərbaycan millisi son anda fikrini dəyişib.

Belə ki, 1 gün öncəyə kimi turnirin rəsmi saytında da ölkəmizi Vüqar Şirinli (60 kq), Tural Səfquliyev (81 kq) və Vaxtanqi Bitiyevin (+100 kq) təmsil edəcəyi göstərilsə də, yığmamız səfərə yollanmadığından onların adları siyahıdan çıxarılıb.