Roman Şirokov Azərbaycanla oyunu buraxa bilər
17.09.2013 - 15:45
Roman Şirokov Azərbaycanla oyunu buraxa bilər
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması itki ilə üzləşib. Apasport.az “Zenit”in yarımmüdafiəçisi Roman Şirokov zədələnərək sıradan çıxıb.

Futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, Şirokov DÇ-2014-ün seçmə mərhələsinin son oyunları ərəfəsində tam sağalacaq. Oktyabrın 11-də Lüksemburq, 4 gün sonra Azərbaycanla qarşılaşacaq şimallıların futbolçusu bu görüşlərə çıxıb-çıxmayacağı isə sual altındadır. Lakin bu qədər müddət oynamayan futbolçunun zədədən sonra birbaşa milliyə çağırılacağı inandırıcı deyil.

Qeyd edək ki, Roman Premyer Liqanın “Terek”lə oyununda zədələnib.