“Azərbaycanla oyun Rusiya yığması üçün asan olmayacaq”
20.09.2013 - 08:09
“Hər şey futbolçuların özlərindən asılıdır. Azərbaycan və Lüksemburqla oyunlar asan keçiləsi təsiri bağışlayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna milli komandasının sabiq futbolçusu Andrey Voronin deyib.
Hazırda karyerasını Rusiyada davam etdirən 34 yaşlı hücumçu bu ölkənin yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışından danışıb. Moskva “Dinamo”sunun üzvü oktyabrın 15-də Bakıda Azərbaycan millisi ilə görüşəcək şimallıların işinin asan olmayacağını düşünür: “Amma Rusiya yığması üçün bu qarşılaşmalar çox asan olmayacaq. Ən əsası odur ki, futbolçular arxayınlaşmasın, sakitləşməsinlər. Onlar bu rəqiblərlə görüşlərə ciddi rəqiblə natç kimi köklənməlidir. Oyunçular meydana elə çıxmalıdır ki. sanki Portuqaliya ilə oynayır”.
Qeyd edək ki, Voronin Ukrayna yığmasında 76 oyun keçirib.

0
0