Azərbaycan – Rusiya oyununun biletləri satışa çıxarılır
20.09.2013 - 08:37
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki son oyunlarının biletləri bu gündən satışa çıxarılır. Apasport.az saytının məlumatına görə, azarkeşlər oktyabrın 11-də Şimali İrlandiya, 4 gün sona Rusiya ilə baş tutacaq oyunlara biletləri bu gün saat 12:00-dan başlayaraq "Bakcell Arena"nın kassalarından, “Park Bulvar” alış-veriş və “28 MaII” ticarət mərkəzlərindən ala bilərlər.
8-ci km stadionunda ("Bakcell Arena") baş tutacaq görüşlərə biletlər həm ayrı-ayrılıqda, həm də cüt şəklində satılacaq. Belə ki, azarkeşlər istədiyi oyuna bilet almaq imkanı ilə yanaşı, hər 2 matçı izləmək üçün güzəştli bilet ala biləcək. Lakin bu güzəşt VİP sektora aid edilmir.
Qeyd edək ki, Rusiya ilə qarşılaşmaya biletlər Şimali İrlandiya ilə matçdakından bahadır.
Mənbə: affa.az

Kateqoriyalar | Azərbaycan - Şimali İrlandiya (tək bilet) | Azərbaycan - Rusiya (tək bilet) | Azərbaycan - Şimali İrlandiya Azərbaycan - Rusiya (2 oyuna bir bilet ) |
1-ci kateqoriya | 6 AZN | 10 AZN | 12 AZN |
2-ci kateqoriya | 4 AZN | 8 AZN | 10 AZN |
VİP | 50 AZN | 100 AZN | --- |
Mənbə: affa.az
0
0