İndoneziyada növbəti qızıl
24.09.2013 - 10:44
Azərbaycan millisi İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarının ikinci gününə də uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamıza bu dəfə Rafael Ağayev (75 kq) qızıl medal qazandırıb.
Əlcəzair, Türkiyə və Misir karateçilərinə qalib gələrək finala yüksəlib. Ağayev həlledici qarşılaşmada iranlı idmançı ilə üz-üzə gəlib. Dünyada kifayət qədər tanınmış həmyerlimiz bu rəqibinə də yerini göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da, Azərbaycan yığmasının aktivindəki medalların sayı 3-ə çatıb. Ağayevdən öncə Ayxan Mamayev (84 kq) qızıl, Şahin Atamov (+84 kq) gümüş medala sevinmişdi.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0