“Dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm”
24.09.2013 - 17:46
“Dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm”
“Bu nəticəni gözləyirdim. 2013-cü il mənim üçün düşərli oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan ağır atletika yığmasının üzvü Silviya Angelova deyib.

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında 48 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışı 2-ci pillədə başa vurub. Angelova gümüş medalı qazandırdıqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlama verib: “Aprel ayında Albaniyada keçirilmiş Avropa çempionatında da gümüş medal qazanışdım. Avropa çempionatında qazandığım medal karyeramın ən böyük uğuru idi. İlin sonunda Polşada keçiriləcək dünya çempionatında da yüksək nəticə göstərmək istəyirəm”.