“Komandamız seçmə mərhələdə 1-ci yeri tutacaq”
25.09.2013 - 08:15
“Komandamız seçmə mərhələdə 1-ci yeri tutacaq”
Rusiya milli komandasının sabiq futbolçusu İqor Semşov yığmasını DÇ-2014-ün final mərhələsində görür. Apasport.az saytının məlumatına görə, 35 yaşlı veteran futbolçu şimallıların Braziliyadakı mundiala qrup 1-cisi kimi çıxacağına inanır.

“Krılya Sovetov”un yarımmüdafiəçisi seçmə mərhələdə gələn ay baş tutacaq son oyunlarında Lüksemburq və Azərbaycanla qarşılaşmalar haqda fikirlərini açıqlayıb. Semşov bu görüşlərdən sonra da 1-ci pillədə qalacaqlarına inanır: “Asan oyunlar olmur. Lakin əminəm ki, komandamız seçmə mərhələdə 1-ci yeri tutacaq. Bunu hamı istəyir: oyunçular da, azarkeşlər də. Ən çox isə elə futbolçuların özləri arzulayır”.