Boksçumuz yarımfinalda
25.09.2013 - 08:25
Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında dünya birinciliyi keçirilir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan milli komandasının üzvlərindən Anaxanım Ağayeva (51 kq) gənclərin, Məryəm Cəbrayılova (64 kq) və Alina Hacıyeva (+80 kq) isə yeniyetmələrin turnirində mübarizə aparırlar.
Öncə boksçularımızdan Ağayeva rinqə çıxıb. Ancaq onun dünya birinciliyindəki debütü uğursuz alınıb. Boksçumuz ingiltərəli Luiza Barkerə uduzub – 0:3 (37:39, 35:40, 37:39).
Hacıyeva ilk döyüşünü qələbə ilə başa vurub. Millimizin üzvü Bolqarıstan nümayəndəsi Nikoleta Yordanovanı məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Bununla da boksçumuz ən azı bürünc medalı özünə təmin edib.
Məryəm Cəbrayılova isə ilk döyüşdə qazaxıstanlı Mədinə Nurşayeva ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya birinciliyinə sentyabrın 28-də yekun vurulacaq.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0