7-ci medalı Zülfüqar Süleymanov qazandı
25.09.2013 - 12:30
İndoneziyada təşkil olunan İslam Ölkələrinin III Həmrəylik Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, yarışın 3-cü günü də Azərbaycan millisi üçün uğurla başlayıb.
Belə ki, aktivində 6 medal olan yığmamıza növbəti sevinci ağırlıqqaldıranımız Zülfüqar Süleymanov yaşadıb. 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxan həmyerlimiz birdən qaldırma hərəkətində 123 kq, təkanla qaldırma hərəkətində isə 156 kq çəkini başı üzərinə qaldırıb.
Toplamda 279 kq (123 kq + 156 kq) nəticə göstərən Süleymanov İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
Qeyd edək ki, bu komandamızın heyətində ilk “bürünc”dür. Daha öncə Rafael Ağayevlə (75 kq) Ayxan Mamayev (84 kq) 1-ci, Şahin Atamov (+84 kq), Silviya Angelova (48 kq), Niyazi Əliyev (67 kq) və Yevgeni Lazuka 2-ci yeri tutub.

0
0