Sərdar Həsənov medal qazana bilmədi
26.09.2013 - 08:31
Sərdar Həsənov medal qazana bilmədi
İndoneziyada təşkil olunan III İslam Həmrəyliyi Oyunları davam edir. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Sərdar Həsənov da çıxışını başa vurub.

62 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz İslamiadada komanda yoldaşlarının uğurunu təkrarlaya bilməyib. O, birdən qaldırma hərəkətində 131 kq, təkanla qaldırma hərəkətində isə 158 kq-ı ram edib. Toplamda 289 kq (131 kq + 158 kq) nəticə göstərən Həsənov ümumi sıralamada 6-cı yeri tutub.

Qeyd edək ki, Sərdardan öncə Silviya Angelova (48 kq) gümüş, Zülfüqar Süleymanov (62 kq) bürünc medal qazanıb.