“Azərbaycan yığması üçün bu həzzdir”
26.09.2013 - 08:36
“Lüksemburq yığması bizim üçün rəqib deyil. Azərbaycan isə özünün sabiq “böyük qardaşı”nı lap məğlub edə də bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Spartak” (Moskva) klubunun sabiq sahibi Andrey Çerviçenko deyib.
46 yaşlı biznesmen Rusiya yığmasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi son oyunları haqda fikirlərini açıqlayıb. Çerviçenko oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla qarşılaşmalar haqda danışıb: “Onlar üçün bu həzzdir. Düşünmürəm ki, onlar əllərini qaldırıb, asanlıqla rəqibin qalib gəlməyinə imkan verəcəklər. Bizim yolumuzu kəsmək imkanı verən bu matç onlar üçün daha çox seçmə mərhələnin əsas qarşılaşması olacaq”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu Bakıda 8-ci km stadionunda keçiriləcək.

0
0