İsmayılovdan uğursuz çıxış
26.09.2013 - 08:40
Estoniyanın paytaxtı Tallinndə 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Federasiyadan apasport.az saytına verilən məlumata görə, Azərbaycan yığmasının daha bir üzvü körpücük üzərinə çıxıb.
20 yaşa qədər oğlanlar arasında 85 kq çəki dərəcəsində ölkəmizi Kamran İsmayılov təmsil edib. Gənc atletimiz birdən qaldırma hərəkətində birinci yanaşmasında 141 kq-ı ram edib. Sonra sifariş verdiyi 144 kq-ı yalnız 2 cəhddə qaldıran Kamran, bu hərəkətdə 7-ci yeri tutub.
Təkanla qaldırma hərəkəti isə İsmayılov üçün uğursuz alınıb. O, 171 kq-lıq ştanqa 3 yanaşmanın üçündə də güc gələ bilməyən təmsilçimiz Avropa çempionatını nəticəsiz başa vurub.

0
0