Əfqan Bayramov da medal qazananlara qoşuldu
26.09.2013 - 13:27
Azərbaycan yığması İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın aktivinə 10-cu mükafatı ağırlıqqaldıranımız Əfqan Bayramov yazdırıb.
77 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançımız gümüş medala sahib olub. Bu ağır atletika yığmamızın 3-cü medalı olub. Bayramovdan öncə Silviya Angelova (48 kq) 2-ci və Zülfüqar Süleymanov (62 kq) 3-cü yeri tutub.
Qeyd edək ki, digər medallarımız Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız (hər 3-ü çempion), Şahin Atamov (+84 kq) və Niyazi Əliyevin (67 kq) aktivindədir. Üzgüçümuz Yevgeni Lazuka isə 2 mükafata birdən sahib çıxıb. O, 1 gümüş və 1 bürünc medal qazanıb.

0
0