Taekvondoçularımız Portudan 5 medalla qayıdır
30.09.2013 - 08:22
Portuqaliyanın Portu şəhərində keçirilən gənc taekvondoçuların XIX Avropa birinciliyi başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi vətənə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla qayıdıb.
Komandanın üzvlərindən Məhəmməd Məmmədov (55 kq) və Tapdıq Ələkbərovdan (68 kq) sonra Ayxan Tağızadə (63 kq) gümüş, Yusif Hüseynli (59 kq) və Elnur Məhərrəmov (+78 kq) bürünc medala layiq görülüblər. Millimiz komanda hesabında 43 ölkə arasında 4-cü yeri tutub.
Qeyd edək ki, yarışın ilk günü Məmmədov qızıl, Ələkbərov bürünc medala sevinmişdi.

0
0