“Azərbaycana qalib gəlməyimiz inandırıcıdır”
01.10.2013 - 08:43
“Hazırda Rusiya milli komandasının dünya çempionatının final mərhələsinə yüksəlmək üçün yaxşı şansları var. Çoxdandır mundialda çıxış etməmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya futbolunun veteranı Yuri Jeludkov deyib.
Sankt-Peterburq “Zenit”indəki çıxışları ilə tanınan sabiq futbolçu Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki son 2 oyunu ərəfəsində nikbindir. Jeludkov oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycan yığması ilə görüşlərdə qələbə qazanmalı olan həmyerlilərinin mundial şanslarını dəyərləndirib: “Bunun üçün seçmə mərhələnin 2 oyununda qalib gəlmək lazımdır. Bu, rəqiblərin səviyyəsini nəzərə almaqla kifayət qədər inandırıcıdır. Lakin belə oyunla Braziliyada heç nə etmək olmaz. Dünya çempionatının final mərhələsində Azərbaycan və Lüksemburq yığmaları olmayacaq. Orada tam fərqli səviyyədə komandalar yığışacaq. Orada bizim üçün işıq görünmür”.
Qeyd edək ki, Azərbaycan – Rusiya oyunu 8-ci km stadionunda keçiriləcək.

0
0