Sxadadze Albaseteyə gedir
01.10.2013 - 09:02
Gürcüstan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Temuri Ketsbaya DÇ-2014-ün seçmə mərhələsinin oktyabrın 15-də İspaniyaya qarşı keçiriləcək oyununa 23 futbolçu çağırıb.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasında çıxış edən 2 oyunçuya da dəvət göndərib. Bunlar “Qarabağ”ın hücumçusu Nikolas Gelasşvili və “İnter”in ön xətt oyunçusu Baçana Sxadadzedir. Onlar İspaniyaya yollanacaq heyətdə yer alıblar.
Qeyd edək ki, İspaniya – Gürcüstan oyunu Albasetedə keçiriləcək.

0
0