Rusiya yığması Bakıya 8 milyon avro üçün gəlir
10.10.2013 - 11:00
DÇ-2014-ün seçmə mərhələsində Lüksemburq və Azərbaycan milliləri ilə görüşəcək Rusiya yığması səfərə çıxıb. Apasport.az saytının məlumatına görə, rəqib uçuş ərəfəsində idman, turizm və gənclər naziri Vitali Mutko ilə görüşüb. Yığmanın düşərgəsinə baş çəkən Rusiya Futbol İttifaqının (RFİ) sabiq prezidenti komandaya uğurlar arzulayıb.
Milliyə xeyir-dua verən nazir yığma ilə bağlı açıqlamalar da verib. Mutko bildirib ki, Rusiya millisi DÇ-2014-ün final mərhələsinə yüksəlməklə 8 milyon avro qazanacaq: “FİFA-nın verəcəyi məbləği necə xərcləməyə RFİ qərar verəcək. Təbii ki, futbolçuların mükafatlandırılmasına da bu puldan ayrılacaq. Bundan başqa, məşqçilərin yol xərcləri, futbolun inkişafı üçün də vəsait ayrılacaq”.
Mundiala birbaşa vəsiqə üçün əvvəl Lüksemburq, sonra isə Bakıda Azərbaycanı udmalı olan rusiyalıların baş məşqçi məsələsi də hələlik açıq qalır. Mutko Fabio Kapello ilə müqavilənin uzadılmasının yaxın zamanda rəsmiləşəcəyini bildirib: “Biz onun Rusiyadakı işinə təminat verməyə hazırıq. Artıq müqaviləni də Kapellonun vəkilinə vermişik, şərtlər də razılaşdırılıb. İmzalamaq üçün münasib vaxt gözləyirik. İndi bunun üçün ən yaxşı vəziyyət deyil. Əvvəl Lüksemburq və Azərbaycanla oynamaq lazımdır. Sonra isə rahat oturmaq və müqavilə imzalamaq”.
Qeyd edək ki, Rusiya yığması sabah Lüksemburqa qalib gəlsə, Portuqaliya isə İsrailə uduzsa, şimallılar 1-ci yer və 8 milyon avronu vaxtından əvvəl təmin edəcək.

0
0