Mundiala daha 5 vəsiqənin sahibi müəyyənləşir
10.10.2013 - 17:00
Mundiala daha 5 vəsiqənin sahibi müəyyənləşir
Sabah DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında növbəti oyunlar baş tutacaq. Apasport.az saytının məlumatına görə, qitənin 24 stadionunda keçiriləcək görüşlərdən sonra mundialın final mərhələsinin daha 5 iştirakçısı müəyyənləşə bilər.

Öz qruplarında 1-ci olmaqla mundiala yüksələn İtaliya və Hollandiyanın ardından A, C, E, F və H qruplarında qalibin indidən müəyyənləşməsi mümkündür.

A qrupunda əsas rəqibi Xorvatiyanın qonağı olacaq Belçika üçün 1 xal da yetərlidir. Uduzmayacağı halda, onlar 1-ci, balkanlılar isə 2-ci yeri təmin edəcək. Xorvatiyanın qələbəsi isə son matçların formallaşmağının qarşısını alacaq.

Almaniya yığmasının da taleyi öz əlindədir. İrlandiyanı məğlub edəcəyi halda Bundestim Braziliyaya vəsiqə qazanacaq. İsveçin Avstriyaya uduzacağı halda isə almanlar məğlubiyyətlə də mundial yolçusu olacaq. İsveç öz növbəsində qalib gəlməklə, 2-ci pilləni təmin edə bilər.

E qrupunun ən yaxşısı adını qazanmaq üçün İsveçrəyə də qələbə lazımdır. Albaniyadan alınacaq 3 xal Yozef Blatterin həmyerlilərini mundiala daşıyacaq. Lakin müəyyən variantlarda məğlubiyyət də isveçrəliləri final mərhələsinə çıxaracaq. Bu qrupda 2-ci yerin taleyinə isə son tur aydınlıq gətirəcək.

Azərbaycan millisinin yer aldığı F qrupunda qalibin müəyyənləşməsi üçün isə liderin qələbəsi yetərli deyil. Lüksemburqun qonağı olacaq Rusiyanın mundiala çıxması üçün Portuqaliyaya uduzmalıdır. Belə olan halda, 2-ci yerin taleyi son tura qalacaq. Əks halda, isə 2 rusiyalılarla portuqaliyalılar son oyun günündə də qiyabi mübarizə aparmalıdır. Yığmamız isə 4-cü yer uğrunda mübarizədə Şimali İrlandiyanı qəbul edəcək.

H qrupundan birbaşa vəsiqəni isə İngiltərə təmin edə bilər. Bunun üçün əsas rəqiblərindən olan Monteneqronu udmalı olan futbolun yaradıcıları Ukraynanın da məğlubiyyətini arzulamalıdır. Əks halda vəsiqə sahibini son turda tapacaq. Qrup 2-cisi isə oktyabrın 15-də məlum olacaq.

G və İ qruplarında isə qalibin son oyun günündə müəyyənləşəcəyini indidən söyləmək olar. İlk 2 yeri təmin edən Bosniya və Hersoqovina ilə Yunanıstan kimin birbaşa, kiminsə pley-offla mundiala çıxaracağına son 2 matçda aydınlıq gətirməlidir. Burada hər şeyin sonda top fərqi ilə müəyyənləşməsi də istisna deyil. Sonuncu qrupda isə həlledici - oktyabrın 15-dəki görüşlərə öndə yollanmaq üçün İspaniya Belarusdan xal almalıdır. İlk 2 yerdən birini təmin edən son dünya çempionları üçün bu üstünlük Fransa ilə qiyabi mübarizədə vacibdir.

İtaliya və Hollandiyanın qalibi olduğu qrupların hərəsində 3 matç baş tutacaq. Apeninlilərlə görüşəcək Danimarkanın məğlubiyyəti B qrupunun 2-ci komandasını da müəyyənləşdirə bilər. Belə olacağı halda Bolqarıstan şimallılar üçün əlçatmaz olacaq. D qrupunda isə ikincilik böyük ehtimalla oktyabrın 15-də bəlli olacaq. Düzdür, Macarıstanın qalib gələcəyi, Türkiyə ilə Rumıniyanın uduzacağı halda son matçlar formallığa çevriləcək. Lakin bu variant o qədər də inandırıcı deyil. Çünki hər üçü səfərdə oynayan iddialılar frəli rəqiblərlə matçlara çıxacaq. Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyə Estoniyada, Rumıniya isə Andorrada mübarizə aparacaq və qələbə üçün hər şey edəcək. Macarıstan üçün isə stimulsuz Hollandiyanı da udmaq asan olmayacaq. “Narıncılar”ın uduzmamağı “ay-ulduzlular”ı 2-ci pilləyə daşıya bilər. Onda Fatih Terimin yetirmələri Hollandiya ilə ev oyununa Macarıstanla Rumıniyadan öndə çıxacaq. Buna görə də türkiyəlilər təkcə öz komandalarına deyil, həm də Hollandiyaya azarkeşlik etməlidir. Çünki Macarıstan 2-ci pillədə qalacağı halda son turda zəif Andorranı udmaqla mövqeyində qalacaq.

DÇ-2014-ün seçmə mərhələsi

Avropa zonası
11 oktyabr

A qrupu

21:00. Xorvatiya – Belçika
23:45. Uels – Makedoniya


1
Belçika
8
7
1
0
15-2
22
2
Xorvatiya
8
5
2
1
11-5
17
3
Serbiya
9
3
2
4
13-10
11
4
Şotlandiya
9
2
2
5
6-12
8
5
Makedoniya
8
2
1
5
6-10
7
6
Uels
8
2
0
6
7-19
6


B qrupu
20:00. Ermənistan – Bolqarıstan
22:30. Malta – Çexiya
23:15. Danimarka - İtaliya


1
İtaliya
8
6
2
0
15-5
20
2
Bolqarıstan
8
3
4
1
13-6
13
3
Danimarka
8
3
3
2
9-10
12
4
Çexiya
8
2
3
3
8-8
9
5
Ermənistan
8
3
0
5
8-10
9
6
Malta
8
1
0
7
4-18
3


C qrupu
22:00. Farer adaları – Qazaxıstan
23:45. Almaniya- İrlandiya
23:45. İsveç – Avstriya


1
Almaniya
8
7
1
0
28-7
22
2
İsveç
8
5
2
1
14-8
17
3
Avstriya
8
4
2
2
16-8
14
4
İrlandiya
8
3
2
3
13-13
11
5
Qazaxıstan
8
1
1
6
4-17
4
6
Farer adaları
8
0
0
8
3-25
0


D qrupu
23:30. Estoniya - Türkiyə
23:30. Hollandiya - Macarıstan
23:30. Andorra – Rumıniya


1
Hollandiya
8
7
1
0
24-4
22
2
Macarıstan
8
4
2
2
18-12
14
3
Türkiyə
8
4
1
3
14-7
13
4
Rumıniya
8
4
1
3
13-12
13
5
Estoniya
8
2
1
5
6-16
7
6
Andorra
8
0
0
8
0-24
0


E qrupu
23:30. Albaniya - İsveçrə
23:45. Sloveniya – Norveç
23:45. İslandiya - Kipr


1
İsveçrə
8
5
3
0
14-5
18
2
İslandiya
8
4
1
3
14-14
13
3
Sloveniya
8
4
0
4
11-10
12
4
Norveç
8
3
2
3
9-9
11
5
Albaniya
8
3
1
4
8-9
10
6
Kipr
8
1
1
6
4-13
4


F qrupu
21:00. Azərbaycan – Şimali İrlandiya
23:30. Lüksemburq - Rusiya
00:45. Portuqaliya – İsrail


1
Rusiya
8
6
0
2
15-4
18
2
Portuqaliya
8
5
2
1
16-8
17
3
İsrail
8
3
3
2
17-12
12
4
Şimali İrlandiya
8
1
3
4
8-14
6
5
Lüksemburq
8
1
3
4
7-19
6
6
Azərbaycan
8
0
5
3
4-10
5


G qrupu
20:30 Litva – Latviya
23:00. Bosniya və Hersoqovina – Lixtenşteyn
23:45. Yunanıstan – Slovakiya


1
Bosniya-Hersoqovina
8
6
1
1
25-5
19
2
Yunanıstan
8
6
1
1
9-4
19
3
Slovakiya
8
3
3
2
9-7
12
4
Litva
8
2
2
4
7-10
8
5
Latviya
8
2
1
5
8-16
7
6
Lixtenşteyn
8
0
2
6
3-19
2


H qrupu
21:00. Moldova - San Marino
23:00. Ukrayna – Polşa
00:00. İngiltərə - Monteneqro


1
İngiltərə
8
4
4
0
25-3
16
2
Ukrayna
8
4
3
1
19-4
15
3
Monteneqro
8
4
3
1
15-8
15
4
Polşa
8
3
4
1
18-9
13
5
Moldova
8
1
2
5
4-15
5
6
San Marino
8
0
0
8
1-43
0


İ qrupu
01:00. İspaniya – Belarus

1
İspaniya
6
4
2
0
10-2
14
2
Fransa
7
4
2
1
12-6
14
3
Finlandiya
7
2
3
2
5-6
9
4
Gürcüstan
7
1
2
4
3-8
5
5
Belarus
7
1
1
5
6-14
4