Prezident yığmamızı təbrik etdi
12.10.2013 - 14:11
Prezident yığmamızı təbrik etdi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Şimali İrlandiya oyunundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşüb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandanı qələbə münasibətilə onları təbrik edən assosiasiya rəhbəri yığmaya qarşıdakı oyunlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, millimiz Şimali İrlandiya yığmasına 2:0 hesabı ilə qalib gəlib.