Teymur Məmmədovun rəqibi nigeriyalı olacaq
14.10.2013 - 14:57
Bu gün Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Baluan Şolak İdman Sarayında keçirilən yarışda 111 ölkənin 457 dəri əlcək ustası mübarizə aparır.
Azərbaycan idmançıları mundialın ikinci günündə rinqə çıxacaqlar. Turnirin ilk günündə isə Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovun rəqibi məlum olub. 91 kq çəki dərəcəsində çıxış edən boksçumuz 1/16 final mərhələsində nigeriyalı Efetobor Apoçi ilə qarşılaşacaq. Apoçi ilk döyüşdə Türkiyə nümayəndəsi Seyda Keseri məğlub edib – 2:1. Məmmədov Apoçi ilə oktyabrın 18-də görüşəcək.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0