Teymur Rəcəbov mükafatsız qaldı
17.10.2013 - 08:35
Teymur Rəcəbov mükafatsız qaldı
Rumıniyada keçirilən “Kings” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turda Fabiano Karuana (İtaliya) ilə qarşılaşan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “ənənəsi”nə sadiq qalıb.

Həmyerlimizin növbəti heç-heçəsi rəqibinin çempion, özünün isə 4-cü olması ilə nəticələnib. Belə ki, son turda aktivinə daha 0,5 xal əlavə edən Karuana 5 xalla əlçatmaz olub. İkinci yeri Vanq Hao (Çin, 4,5 xal), üçüncü pilləni Liviu–Diter Nisipyanu (Rumıniya) tutub. 3,5 xalla 4-cü olan Rəcəbov isə yalnız Ruslan Ponomoryovu (Ukrayna, 3) qabaqlayıb.