Millinin oyununu izləmək istədilər, yanlış ölkəyə getdilər
22.10.2013 - 17:07
2014-cü ildə Brzailiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan Bosniya və Herseqovina yığmasının bir qrup azarkeşi gülünc hədəfinə çevriliblər. Apasport.az saytının məlumatına görə, buna səbəb onların yığmanın oyununu canlı izləmək üçün yanlış ölkəyə səfər etmələridir.
Belə ki, Bosniya və Herseqovina yığması seçmə mərhələdə son oyununu qonaq meydanında Litva yığmasına qarşı keçirdikləri halda, Haris Tresnyo adlı bir şəxsin başçılıq etdiyi azarkeş qrupu Latviyaya səfər edib.
“Biletləri alarkən heç kim səhvimizin fərqində olmayıb. Ora çatanda baxdıq ki, sakitçilikdi. Ətrafdakılardan matçı izləmək üçün hansı tərəfə getməli olduğumuzu soruşduq. Bir gənc oğlan bizə yanlış ölkəyə gəldiyimizi söylədi”, - Tresnyo bildirib.
Qeyd edək ki, Bosniya və Herseqovina səfərdə Litvanı 1:0 hesabı ilə məğlub edərək, mundiala birbaşa vəsiqə qazanıb.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0