Çələbiyev dünya çempionu oldu, Məcidov titulunu nokautla qorudu
26.10.2013 - 15:21
Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatına bu gün yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın son günündə Azərbaycanın 2 idmançısı çempionluq üçün rinqə çıxıb və hər ikisi də himnimizi səsləndirib.
Belə ki, öncə yarımfinalda qazaxıstanlı Kayrat Yaralıyevi mübarizədən kənərlaşdıran Cavid Çələbiyev həlledici görüşdə Vladimir Nikitinlə (Rusiya) münasibətinə aydınlıq gətirib. 56 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz finalda da rəqibini məğlub etməkdə çətinlik çəkməyib – 3:0 (30:27, 29:28, 29:28). Mundialda debüt edən Çələbiyev bununla da Qazaxıstanda Azərbaycan millisinə qızıl medal qazandıran ilk boksçu olub.
Dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da ondan geri qalmayıb və titulunu qoruyub. O, yerli İvan Dıçko ilə döyüşdən sonra kolleksiyasına mundialın daha bir qızıl medalını əlavə edib. Yarımfinalda London Olimpiadasında uduzduğu Roberto Kammarelleyə (İtaliya) gücünü göstərən təmsilçimiz həlledici görüşünü nokautla başa vurub.
Düzdür, Məcidov ilk 2 raundda 27:30 hesabı ilə uduzub. Sonuncu hissədə isə Məhəmmədrəsul hücum taktikasını seçərək, yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Öncə Dıçkonu nokdauna salan Olimpiya mükafatçımız ardınca daha tutarlı zərbə ilə qazaxıstanlı idmançıya doğma azarkeşləri qarşısında nokautla qalib gəlib.
Beləliklə, Azərbaycan millisi 12 gün davam edən dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, daha öncə Teymur Məmmədov (91 kq) yarımfinalda Olimpiadada uduzduğu Klemente Russoya (İtaliya) bu dəfə də məğlub olaraq, bürünc medalla kifayətlənib.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0