Məhəmmədrəsul Məcidov: Azərbaycan xalqını sevindirmək istəyirəm
26.10.2013 - 12:22
“Əslində bir çox mütəxəssislər Olimpiadada mənim italiyalı Roberto Kamarelliyə uduzmadığım fikrində idilər. Ancaq onda hakimlərin qərarı fərqli olmuşdu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov (+ 91 kq) deyib.
Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanan təmsilçimiz London Olimpiadasında məğlub olduğu Roberto Kamarellidən revanş aldığına görə şad olduğunu bildirib: “Bu dəfə italiyalı boksçudan revanş ala bildim. Ağır döyüş oldu. Kamarelle bu çəki dərəcəsində ən güclülərdən biridir”.
Dünya çempionumuz bu gün baş tutacaq final görüşünü də dəyərləndirib: “Növbəti döyüşüm daha çətin olacaq. Çünki yerli idmançı İvan Dıçko ilə mübarizə aparacam. Azarkeşlər ona sonadək dəstək verəcəklər. Amma mən Azərbaycan xalqını sevindirmək istəyirəm. Buna görə də finalda qalib gəlmək üçün əlimdən gələni edəcəm”.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0