Yığmamızın tarixində yeni rekord - STATİSTİKA
26.10.2013 - 17:00
Boks üzrə Azərbaycan milli komandası dünya çempionatlarında medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna Qazaxıstanın Almatı şəhərində başa çatan mundialda nail olub.
Belə ki, müstəqil ölkə kimi qatıldığımız yarışlarda millimiz ilk dəfə 2 qızıl və 1 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirib. Buna kimi isə komandamızın ən yüksək göstəricisi 2011-ci ildə Bakıda təşkil olunan çempionatda sahib olduğumuz 1 qızıl və 1 gümüş medal idi. Bu isə daha çox - 3 medal qazandığımız 2003 və 2005-ci ildəki yarışdan üstün sayılırdı.
Almatıda yeni rekordla yanaşı, medalların sayına görə rekordumuz da təkrarlanıb (3 medal).
Həmçinin, Azərbaycan boks tarixində yeni səhifə açılıb. Məhəmmədrəsul Məcidov 2 qat dünya çempionumuz olan yeganə idmançıya çevrilib. Ona kimi isə bu uğura Ağası Məmmədov sevinmişdisə, Qazaxıstanda Cavid Çələbiyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Dünya çempionatındakı bütün mükafatçılarımız
Tahir HÜMMƏTOV

İl | Keçirildiyi yer | Çəki dərəcəsi | idmançı | Medal |
1999 | Hyuston (ABŞ) | 81 kq | Əli İsmayılov | Bürünc |
2003 | Banqkok (Tailand) | 54 kq | Ağası Məmmədov | Qızıl |
64 kq | Tofiq Əhmədov | Bürünc | ||
69 kq | Ruslan Xairov | Bürünc | ||
2005 | Myanyanq (Çin) | 60 kq | Roman Amanov | Gümüş |
64 kq | Emil Məhərrəmov | Bürünc | ||
91 kq | Elçin Əlizadə | Gümüş | ||
2007 | Çikaqo (ABŞ) | 51 kq | Samir Məmmədov | Bürünc |
2011 | Bakı (Azərbaycan) | 91 kq | Teymur Məmmədov | Gümüş |
+91 kq | Məhəmmədrəsul Məcidov | Qızıl | ||
2013 | Almatı (Qazaxıstan) | 56 kq | Cavid Çələbiyev | Qızıl |
91 kq | Teymur Məmmədov | Gümüş | ||
+91 kq | Məhəmmədrəsul Məcidov | Qızıl |
Tahir HÜMMƏTOV
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0