Klopp: İbrahimoviç kimi dəlisov oyunçulardan xoşum gəlir
04.11.2013 - 22:58
Klopp: İbrahimoviç kimi dəlisov oyunçulardan xoşum gəlir
“Borussiya” (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp PSJ-li futbolçu Zlatan İbrahimoviçlə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, Almaniya mətbuatına danışan təcrübəli mütəxəssis isveçli hücumçu ilə çalışmaq istədiyini bildirib.

Klopp İbrahimoviç kimi dəlisov futbolçuları xoşladığını deyib: “İbrahimoviçlə çalışsaydım, onunla aramızda heç bir problem olmazdı. Biz yaxşı yola gedərdik. İbrahimoviç kimi dəlisov oyunçulardan xoşum gəlir. Bilmirəm niyə”.