Subaşiçli “Orduspor” səfərdə sevindi
06.11.2013 - 21:48
Subaşiçli “Orduspor” səfərdə sevindi
Bu gün Futbol üzrə Türkiyə PTT Birinci Liqasında XII tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti oyununu keçirib.

Hücumçumuzun klubu səfərdə “Boluspor”la üz-üzə gəlib. Bu matçda qonaq komanda rəqibini 1:2 hesabı ilə məğlub edərək zirvədəki yerini möhkəmləndirib.

Serb əsilli milliləşən futbolçumuzun bu oyunda da start heyətdə meydana çıxıb. O, qarşılaşmanın 60-cı dəqiqəsində Aleksandru ilə əvəzlənib.

Qeyd edək ki, “Orduspor” 28 xalla turnir cədvəlinin birinci pilləsində yer alır.