“Neftçi”nin oyunçuları vaxtı uzadırdılar”
10.11.2013 - 22:07
“Neftçi”nin oyunçuları vaxtı uzadırdılar”
“Komandamın göstərdiyi oyundan razıyam, istədiyim kimi mübarizə apardılar. “Neftçi”nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

“Bakı” Topaz Premyer Liqasının XIII turunda “Neftçi”yə uduzdu (1:2). “Zolaqlılar”ın serbiyalı çalışdırıcısı rəqib futbolçuların vaxt uzatmasından şikayətçidir: “10 nəfərə qarşı mübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Qapıçımız yerli futbolçudur, “Simurq”la oyundan sonra da deyirdilər ki, onu niyə oynadırsan? Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm”.