7 boksçumuz 1/4 finalda
13.11.2013 - 13:23
Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının 7 üzvü 1/4 finala vəsiqə qazanıb.
70 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Tarverdili italiyalı Covanni Sarçiottonu 3:0 hesabı ilə məğlub edib. Həmyerlimiz növbəti mərhələdə fransalı Kristof Fataki Bobozo ilə görüşəcək.
Şükran Mehdiyev də (+80 kq) 1/4 finala yüksələnlər arasındadır. Boksçumuz Rumıniya təmsilçisi Nikola Birneta üzərində qələbə qazanıb – 3:0. Mehdiyevin növbəti rəqibi bolqarıstanlı Angel Angelov olacaq. Şamil İbrahimzadə (60 kq) və Turan Həsənli (66 kq) isə uduzaraq, mübarizəni dayandırıblar.
Bu gün Rüfət Hüseynov (57 kq), Ümid Rüstəmov (50 kq), Pərviz Quliyev (57 kq) və Rövşən Musayev (75 kq) 1/4 final mərhələsinin döyüşlərini keçirəcəklər. Sabah isə Tayfur Əliyev (52 kq), Hüseyn Tarverdili (70 kq) və Şükran Mehdiyev (80+kq) rinqə çıxacaqlar.

- Bakıda keçiriləcək "SportAccord Convention 2027" sammiti üçün qeydiyyat başlayıb
- Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndələri Berlində görüşlərdə iştirak ediblər
- Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
- Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
0
0