Kapello daha 4 il Rusiya millisində
17.11.2013 - 13:19
Kapello daha 4 il Rusiya millisində
Rusiya Futbol İttifaqı Fabio Kapello ilə müqavilə müddətini uzadacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Rusiyanın idman naziri Vitali Mutko məlumat verib.

O, italiyalı mütəxəssislə görüşdüyünü və müqavilə müddətinin 4 il uzadılması ilə bağlı razılıq əld edildiyini söyləyib. Kapellonun vəkili 21-22 noyabrda Moskvaya gələrək, sözləşmənin şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, DÇ-2014-ə vəsiqə qazanan Rusiya yığması Portuqaliya, İsrail, Azərbaycan, Şimali İrlandiya və Lüksemburqun yer aldığı qrupdan 22 xalla qrup lideri olub.