Abu-Dabidə 1 gümüş və 2 bürünc
23.11.2013 - 18:56
Abu-Dabidə 1 gümüş və 2 bürünc
Abu-Dabidə keçirilən cüdo üzrə Qran-pri Azərbaycan millisi üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 13 idmançı ilə qatılan millimiz çempionluq sevinci yaşaya bilməyib.

Peter Zayzenbaherin yetirmələrindən Nicat Şixəlizadə (66 kq) gümüş, Orxan Səfərovla (60 kq) Ramin Qurbanov (90 kq) bürünc medalla kifayətləniblər.