“Synergy Baku” Yeni Zelandiya yollarında yarışacaq
28.11.2013 - 16:48
Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in yeni mövsümdə çıxış edəcəyi ilk yarış artıq məlumdur. Velosiped İdmanı Federasiyasından apasport.az saytına verilən xəbərə görə, komanda gələn il yanvarın 29-dan fevralın 2-dək Yeni Zelandiyanın Manavatu şəhərində keçiriləcək “Cycle Classic” veloyürüşündə mübarizə aparacaq.
Yeni yaranmasına baxmayaraq, “Synergy Baku” 2013-cü ildə Beynəlxalq Velosipedçilər İttifaqının xətti ilə keçirilən Avropa və Asiya turlarında üst-üstə 14 dəfə qələbə sevinci yaşayıb və bu üzdən də kollektivin adı Yeni Zelandiya turunda favoritlər sırasında çəkilir.
Komandanın meneceri David McQuaidın sözlərinə görə, Yeni Zelandiya turu öncəsi “Synergy Baku” Avstraliyanın Melbrun şəhərində təlim-məşq toplantısı da keçəcək. O bildirib ki, heyəti yenilənmiş kollektivdə aparılan kadr dəyişiklikləri ilə əlaqədar gələn il komanda üzvlərinin orta yaşı 25-ə bərabər olacaq. Xatırladaq ki, 2013-cü ildə müvafiq göstərici 27 yaş olub.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0