Azərbaycan çempionatında latviyalı və xorvatiyalı hakim
14.12.2013 - 16:17
Dekabrın 18-20-də Azərbaycan Gimnastika Federasiyası yenidən eyni vaxtda 3 növ - idman gimnastikası, akrobatika və tamblinq üzrə birgə ölkə və Bakı çempionatı keçirəcək. Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarışlarda 94 idmançı iştirak edəcək.
Gimnastlar paytaxtın 5 idman cəmiyyətini - Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayon İdman Məktəbi, "Neftçi" və "Təhsil" idman klublarını təmsil edəcəklər.
Yarışların ilk gününün səhər və günorta sessiyalarında idman gimnastları mübarizə aparacaq, axşam isə ölkənin yeni çempionunun adı məlum olacaq. Akrobatlara və tamblinqçilərə gəldikdə isə qaliblər turnirin son günü məlum olacaq. Nümunəvi nömrələrlə ilk dəfə çıxış edəcək batut ustaları da öz məharətlərini bakılı tamaşaçılar qarşısında nümayiş etdirəcəklər.
Beynəlxalq dərəcəli əcnəbi hakimlərin birgə gimnastika turnirinə dəvət edilmələri ənənəvi hal alıb. Dəvət olunan hakimlər “beşliyi”nə Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü, latviyalı Arturs Mitskeviçs və Avropa Gimnastika İttifaqının Texniki Komitəsinin yeni seçilmiş nümayəndəsi xorvat Mario Vukoja da var.
Qeyd edək ki, Gimnastika Federasiyası artıq belə yarışların keçirilməsində təcrübəyə malikdir. Sonuncu belə turnir bu yay keçirilib və həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən müsbət qarşılanıb. Şağan Olimpiya İdman Kompleksində baş tutacaq yarışlar saat 9:30-da (18 dekabr) və 12:00-da (19-20 dekabr) başlayacaq.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0