Migitinov qələbə ilə başladı
20.12.2013 - 12:55
Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə axşam proqramında daha 3 boksçumuz rinqə çıxıb.
69 kq çəki dərəcəsində mübarizə aparan Çingiz İslamov ilk döyüşdə rusiyalı Alim Hacıyevə məğlub olub – 0:3.
London Olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) Neft Ölkələrinin Dünya Kuboku yarışına qələbə ilə başlayıb. Milli komandamızın üzvü Belarus təmsilçisi Vitali Bandarenkonu məğlub edib – 2:1 (29:28, 29:28, 28:29). Migitinov 1/4 finalda rusiyalı Vladislav Fedyurinlə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində yarşıan “Baku Fires” klubunun üzvü Batraz Qurtsiyev də yarışa inamlı qələbə ilə start verib. Boksçumuz tacikistanlı Mircamol Qiyasovu 1-ci raundda texniki nokautla məğlub edib. Qurtsiyev yarımfinalda yerli idmançı İvan Saşko ilə qarşılaşacaq.
Qeyd edək ki, yarışın ilk günündə Lorenso Sotomayor (64 kq) və Fərid İsmayılov da (64 kq) öz görüşlərini qələbə ilə başa vurmuşdular. Yarışda ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edir.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0