Nazirlik ilin ən yaxşılarını müəyyənləşdirdi
21.12.2013 - 00:10
Gənclər və İdman Nazirliyi 2013-cü ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançılarını müəyyənləşdirib. Lent.az-ın əldə etdiyi məlumata görə, “onluğ”a bu il ərzində dünya və Avropa çempionatlarında, Yay Universiadasında və İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmiş idmançılarımız daxil ediliblər.
Bunlar aşağıdakılardır:
1. Elxan Məmmədov – cüdo üzrə dünya çempionu
2. Məhəmmədrəsul Məcidov – boks üzrə Avropa və dünya çempionu
3. Cavid Çələbiyev – boks üzrə dünya çempionu
4. Xetaq Qazyumov – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı
5. Teymur Məmmədov – boks üzrə Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı
6. Firudin Quliyev – ağırlıqqaldırma üzrə Yay Universiadasının qalibi, dünya çempionatının bürünc mükafatçısı
7. Radik İsayev – taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı
8. İlham Zəkiyev – paralimpiyaçı cüdoçular arasında Avropa çempionu
9. Orxan Səfərov – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı
10. Rafael Ağayev – karate üzrə Avropa çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi
Bundan başqa, şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması “İlin komandası” sayılıb. Qaliblər dekabrın 23-də “Buta” sarayında mükafatlandırılacaqlar.
2012-ci ilin yekununda ən yaxşı “20-lik” müəyyənləşdirilmişdi. Bu, ötən ilin “İdman ili” elan edilməsi və London Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızın uğurla çıxış etmələri ilə bağlı idi.

- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0